ABŞ prezidenti Donald Tramp Qətərdəki ABŞ bazasına hücumla bağlı İrana əvvəlcədən xəbərdarlıq etdiyinə görə təşəkkür edib.
Tvit.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında deyib.
“Bizi əvvəlcədən xəbərdar etdiyi üçün İrana təşəkkür etmək istəyirəm. Buna görə heç bir insan tələfatı olmadı və heç kim xəsarət almayıb. Ola bilsin ki, İran indi regionda sülh və harmoniyaya doğru irəliləyə bilər və mən İsraili də həvəslə bunu etməyə təşviq edəcəyəm”,- deyə Tramp bildirib.
Elmin Alışov