Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Trampa qarşı impiçment təqdim edildi
dünya

Trampa qarşı impiçment təqdim edildi

24-06-2025 20:00 47 Baxış
IMG

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Al Qrin İrana endirilən zərbələrə görə prezident Donald Trampın impiçmenti üçün qətnamə təqdim edib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Konqresmenin saytında dərc olunan qətnamənin mətnində deyilir: “Birləşmiş Ştatların prezidenti Donald Trampın yüksək cinayətlərə və qanunsuzluqlara görə impiçment edilməsi qərara alınsın”.

Bundan başqa, Qrin vurğulayıb ki, ABŞ-nin planlaşdırılan hərəkətləri barədə başqa ölkələrin başçılarının əvvəlcədən xəbərdar edilməsinə baxmayaraq, Konqres liderləri planlaşdırılan zərbələr barədə düzgün məlumatlandırılmayıb. 

Qeyd edək ki, konqresmen ABŞ Konstitusiyasının 1-ci maddəsinin 8-ci bölməsinin 11-ci bəndinin pozulmasına istinad edir.

Aysel Şirinova