İsrailin zərbələri nəticəsində nüvə alimlərinin həlak olmasına baxmayaraq, İran nüvə proqramının inkişafını dayandırmaq niyyətində deyil.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının təhlükəsizlik sahəsindəki mənbə bildirib.
"Biz həqiqətən bir sıra görkəmli mütəxəssislərimizi itirmişik. Amma bu itkilərə baxmayaraq, İranın nüvə proqramı dayanmayıb və şübhəsiz ki, dayanmayacaq”,- deyə məlumatda deyilir.
Elmin Alışov