Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pezeşkian: Biz həmişə xalqlarla divarlar hörmək yox, körpülər qurmağa çalışmışıq
dünya

Pezeşkian: Biz həmişə xalqlarla divarlar hörmək yox, körpülər qurmağa çalışmışıq

03-07-2025 18:00 34 Baxış
IMG

İran prezidenti Məsud Pezeşkian “X” hesabında ölkənin milli simvolları və tarixi abidələrini əks etdirən paylaşım edib. 


Tvit.az xəbər verir ki, Pezeşkian paylaşımında yazıb: 


“İran mədəniyyəti və sivilizasiyasının mərkəzində bəşəriyyətin ağrısını azaltmaq üçün çoxlu təcrübələrimiz var. İran gözəlliklə doludur. Onun hər güncündə dostluq yayılır. Biz həmişə başqa millətlərlə divarlar hörməyə yox, körpülər qurmağa çalışmışıq. Biz sülhün tərəfdarıyıq, müharibənin düşməniyik və eyni zamanda sərhədi, təhlükəsizliyi və İran xalqını müdafiə etmək əzmindəyik”. 


Elmin Alışov