ABŞ prezidenti Donald Trampın Konqresdən keçirdiyi yeni vergi qanun layihəsi — "One Big Beautiful Bill" qüvvəyə mindikdən sonra Tesla şirkəti milyardlarla dollar dəyərində mənfəət itkisi ilə üzləşə bilər.
Tvit.az xəbər verir ki, bu barədə " Financial Times" yazıb.
Qanun layihəsi, elektrik avtomobilləri istehsalçılarını benzin və dizel avtomobilləri istehsalçıları hesabına stimullaşdıran federal "CAFE standartını" ləğv edir.
2025-ci ilin birinci rübündə yalnız bu standart sayəsində Tesla 595 milyon dollar qazanc əldə edib. Əgər bu maddə olmasaydı, şirkətin fəaliyyəti zərərli olardı.
Tesla-nın rəhbəri, dünyanın ən varlı iş adamı İlon Mask da bu qanun layihəsini tənqid edib. Halbuki o, Trampın seçki kampaniyasına 250 milyon dollar ianə vermiş və respublikaçının əsas tərəfdarlarından sayılıb.
Hazırda isə onların münasibətləri tamamilə pozulmuş hesab olunur.
Aysel Şirinova