Qırğızıstan prezidenti Sadır Japarov iyulun 8-9-da Tacikistana dövlət səfəri edəcək.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, ölkələrin prezidentləri arasında danışıqlar, parlamentin iki palatasının spikerləri və baş nazirlə görüşləri nəzərdə tutulub.
Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir.
Qyed edilib ki, Qırğızıstan-Tacikistan iqtisadi və investisiya forumu və “Əbədi dostluq” konserti də keçiriləcək.
Aysel Şirinova