Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Çin İrana "HQ-9B" verib
dünya

Çin İrana "HQ-9B" verib

08-07-2025 09:00 29 Baxış
IMG

Çin 12 günlük müharibə bitdikdən sonra İrana "HQ-9B" hava hücumundan müdafiə raket sistemləri verib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, İran HQ-9B-nin pulunu Çinə verilən neftlə ödəyib.

Qeyd edək ki, "HQ-9B" Çinin uzun mənzilli zenit-raket kompleksidir. O, təyyarələri, qanadlı raketləri və helikopterləri məhv etmək üçün nəzərdə tutulub. Balistik raketləri ələ keçirməyə qadir olan ilk Çin zenit-raket sistemi Zenit-raket kompleksi S-300 bazasında hazırlanıb.
 
Aysel Şirinova