İtaliyanın Sardiniya adasında baş verən irili-xırdalı 20 meşə yanğınının qurudan və havadan müdaxilələrlə söndürüldüyü bildirilib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, yanğın ərazidəki kol-kos, həmçinin əkin sahələri və bəzi təsərrüfat sahələrini əhatə edib. Yanğınsöndürmə səylərinin sərt relyef və təsirlənmiş ərazinin genişliyinə görə çətin olduğu bildirilir.
Elmin Alışov