Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Aİ Rusiyaya saknsiyalar tətbiq etdi
dünya

Aİ Rusiyaya saknsiyalar tətbiq etdi

15-07-2025 22:00 36 Baxış
IMG
Avropa İttifaqı Rusiyanın 9 şəxsinə və altı təşkilatına qarşı sanksiya tətbiq edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, sanksiyalar Rusiya Televiziya və Radio Yayımı Şirkəti və BRİKS Jurnalistlər Assosiasiyasını əhatə edir. Yeni sanksiya siyahısında bir neçə hərbçi, Avstraliya və Rusiya vətəndaşlığı olan bir bloqçu, həmçinin iki Moldova vətəndaşı da yer alıb.

Sanksiya tətbiq edilən şəxslərə Avropa İttifaqı ölkələrinə səfər etmək qadağan edilir. Bundan əlavə, Aİ ərazisində onların aktivləri dondurulur.

Aysel Şirinova