Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Üzvlük çətin ki, mümkün olsun" - Mers
dünya

"Üzvlük çətin ki, mümkün olsun" - Mers

18-07-2025 21:00 34 Baxış
IMG

Almaniya kansleri Fridrix Mers Ukraynanın Avropa İttifaqına yaxın vaxtlarda üzv olacağına şübhə ilə yanaşdığını bildirib.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

O qeyd edib ki, hər halda bu, münaqişə bitmədən çətin ki, mümkün olsun.

“Bizim üçün əsas prioritet – bu müharibənin başa çatması üçün hər şeyi etməkdir”, – deyə o, Berlində Rumıniya prezidenti Nikuşor Dan ilə keçirdiyi mətbuat konfransında bildirib. “Daha sonra biz Ukraynanın bərpasını müzakirə edəcəyik”, – deyə Mers əlavə edib.

Kanslerin sözlərinə görə, Ukraynanın Aİ-yə yaxınlaşması mərhələli şəkildə baş verəcək, lakin o, hələ də münaqişə vəziyyətində olduğu üçün çətin ki, mümkün olsun.

Aysel Şirinova