Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pişiyin üzərinə benzin töküb yandırdılar
dünya

Pişiyin üzərinə benzin töküb yandırdılar

18-07-2025 21:00 32 Baxış
IMG

Dağıstanın paytaxtı Mahaçqalada iki uşaq pişiyi benzinlə yandırıblar.

Tvit.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Məlumata əsasən, hadisə yaşayış binasının blokunda baş verib. Yetkinlik yaşına çatmayan uşaqlar heyvanı yanacaqla isladıb, sonra isə yandıraraq qaçıblar. Alov içində olan pişik bir müddət blokda qaçıb. Bildirilir ki, heyvan sağ qalıb.

Bildirilib ki, həmin uşaqlar bundan əvvəl hamilə olan başqa bir pişiyin gözlərini də çıxarıblar.

Aysel Şirinova