Taliban nümayəndələri Almaniyaya gələcək və əfqanların deportasiyasına yardım edəcəklər.
Tvit.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.
“Deportasiya uğurla həyata keçirildi. Qətər hökuməti texniki səviyyədə vasitəçilikdə yardım göstərdi. İki nəfərdən ibarət Əfqanıstan administrasiyasının nümayəndələrinin buradakı konsulluq xidmətinə daxil edilməsi razılaşdırıldı”, – deyə Korneliusun vurğulayıb.
Onun sözlərinə görə, bu əməkdaşlar gələcəkdə Əfqanıstan vətəndaşlarının deportasiyasının təşkili zamanı Almaniya hakimiyyətinə dəstək verəcəklər.
Aysel Şirinova