Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İranda 23 yüksək vəzifəli məmura qarşı sui‑qəsdin qarşısı alınıb
dünya

İranda 23 yüksək vəzifəli məmura qarşı sui‑qəsdin qarşısı alınıb

28-07-2025 16:00 30 Baxış
IMG

İran xüsusi xidmət orqanları İsraillə 12 günlük müharibə zamanı 23 yüksək vəzifəli məmura qarşı sui‑qəsdin qarşısını alıblar.

Tvit.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin iran‑israil münaqişəsinə dair açıqlamasında bildirilib.

“12 günlük müharibə zamanı ölkənin 23 yüksək vəzifəli məmurunun qətlə yetirilməsinə, həmçinin müharibədən əvvəlki aylarda təşkil olunmuş oxşar 13 sui‑qəsd planına dair terror niyyətlərini aşkar edib zərərsizləşdirmək mümkün olub. Bu planların ifşa olunması, Tanrının lütfü ilə, 35 yüksək rütbəli mülki və hərbi məmurun öldürülməsinin qarşısını aldı”, – deyə sənəddə qeyd edilir.

Bəyanatda həmçinin bildirilir ki, “Mossad” İran dissidentləri ilə birlikdə İsrailin Evin həbsxanasına zərbəsindən sonra Tehranda kütləvi iğtişaşlar təşkil etməyi planlaşdırıb. 

Aysel Şirinova