ABŞ Prezidenti Donald Tramp açıq bəyanat yayaraq, bir daha nüvə proqramını davam etdirəcəyi və ya HƏMAS-la danışıqlara müdaxilə edəcəyi təqdirdə İrana əvvəlkindən daha sərt və daha sürətli cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
O, Tehranın son girovlarla bağlı danışıqlara müdaxiləsi və HƏMAS-la əlaqəsinə toxunaraq, İslam Respublikası rəsmilərinin göndərdiyi təhdid xarakterli siqnalları sərt tənqid edib və bildirib ki, İran yenidən hərəkətə keçsə, ABŞ onu açıq şəkildə məhv edəcək.
Elmin Alışov