Yapon sakini Kamçatkada baş verən zəlzələdən sonra sunami təhlükəsi səbəbindən özünü təxliyə etmək istəyərkən dünyasını dəyişib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Həmin şəxs avtomobillə Kumamoto prefekturasının sahil bölgəsindən təxliyə olunurdu. O, dağ yolunda idarəetməni itirərək qəzaya uğrayıb və nəticədə ölüb.
Qeyd edək ki, dünən Rusiyanın Kamçatka bölgəsində 8.8 bal gücündə zəlzələ baş vermişdi.
Elmin Alışov