İsrail Kanada Baş naziri Mark Karninin Fələstin dövlətini tanımaq planları ilə bağlı bəyanatını rədd edib.
Tvit.az xəbər verir ki, bu barədə İsrail dövlətinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
"İsrail Kanada Baş nazirinin açıqlamalarını rədd edir. Hazırkı dövrdə Kanada hökumətinin mövqeyində dəyişiklik HƏMAS-ın mükafatıdır və Qəzzada atəşkəsə nail olmaq cəhdlərinə və əsirlərin azad edilməsi planını zərərsizləşdirir", - deyə bəyanatda bildirilir.
Aysel Şirinova