Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Suriya və Rusiya XİN rəhbərləri görüşdü
dünya

Suriya və Rusiya XİN rəhbərləri görüşdü

31-07-2025 13:00 75 Baxış
IMG

Moskva və Dəməşq Rusiya və Suriya arasında əldə olunan bütün razılaşmaları nəzərə almağa razılaşıblar.

Tvit.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Suriyanın xarici işlər naziri Asaad əl-Şeybani ilə danışıqlarından sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz bütün mövcud sazişlərin inventarizasiyasını aparmağa razılaşdıq. Təhlükəsizlik sahəsində əməkdaşlıq, personalın həm mülki, həm də hərbi təlimlərlə bağlı məsələlər. Bütün bunlar suriyalı həmkarlarımız üçün maraqlıdır. Biz bununla məşğul olacağıq", - Rusiya Xarici İşlər Nazirliyinin başçısı deyib.

Lavrovun sözlərinə görə, bu proses mütəmadi olaraq həyata keçirilməlidir. ", - deyə o vurğulayıb.

O qeyd edib ki, bu mexanizmin Suriya hissəsi formalaşan kimi ölkələr bu hökumətlərarası orqandan Rusiyanın Suriya iqtisadiyyatının asanlaşdırılmasında və yenidən qurulmasında iştirakı üçün qarşılıqlı məqbul yollar tapmaq məqsədilə mövcud olan bütün saziş və müqavilələri nəzərdən keçirməyi xahiş edəcəklər. 

Aysel Şirinova