Amerika Birləşmiş Ştatları və Çin strateji sabitlik dövrünə qədəm qoyur, çünki onlar arasında tammiqyaslı ticarət qarşıdurması bütün dünyaya zərər verəcəkdir.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox News"-a müsahibəsində deyib.
"Biz strateji sabitlik dövrünə qədəm qoyuruq. Axı biz dünyanın ən böyük iki iqtisadiyyatına sahibik. Düşünürəm ki, Birləşmiş Ştatlar və Çin arasında tammiqyaslı ticarət münaqişəsindən Birləşmiş Ştatlar faydalana bilərdi, lakin dünya bundan zərər çəkərdi", - siyasətçi bildirib.
Eyni zamanda Rubio vurğulayıb ki, Vaşinqton və Pekin arasında hələ də çoxlu fikir ayrılıqları var. Xüsusilə, Birləşmiş Ştatlar regionda naviqasiya azadlığına və Filippin və Tayvan kimi tərəfdaşları dəstəkləməyə sadiq qalır.
Aysel Şirinova