Şimali Yəməndə hakimiyyətdə olan şiə hərbi-siyasi hərəkatı “Ənsar Allah” İsraildə Ben-Qurion hava limanını hipersəs ballistik raketlə vurub.
Tvit.az xəbər verir ki, bu barədə husi silahlı qüvvələrinin nümayəndəsi Yahya Sariya məlumat verib.
“Yəmən silahlı qüvvələrinin raket bölmələri “Fələstin-2” hipersəs ballistik raketi ilə Lod (Ben-Qurion) hava limanına hərbi əməliyyat keçirib”, – deyə o, bildirib.
Aysel Şirinova