Kamçatka bölgəsində 5,7 maqnitudalı zəlzələ baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Seysmoloqların verdiyi məlumata görə, zəlzələnin ocağı 41,5 km dərinlikdə yerləşib. Təkanlar Petropavlovsk-Kamçatsk şəhərindən 347 km məsafədə qeydə alınıb. Onun hiss olunması barədə hələlik məlumat daxil olmayıb.