Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiyada spirtli içki satışı azaldı
dünya

Rusiyada spirtli içki satışı azaldı

15-08-2025 11:00 25 Baxış
IMG

Rusiyada 2025-ci ilin yanvar–iyul aylarında pərakəndə spirtli içki satışı 12,1% azalaraq 114,7 milyon dekalitrə düşüb.

Tvit.az xəbər verir ki, bu barədə “İnterfaks” “Rosalkoqoltəbatkontrol”a istinadən məlumat yayıb.

Xüsusilə, azalkoqollu içkilərin satışı doqquz dəfə azalaraq 1,01 milyon dekalitr təşkil edib.

Bundan əlavə, güclü spirtli içkilər bazarında da azalma müşahidə olunur: arağın pərakəndə satışı 4,2% azalaraq 41,4 milyon dekalitr, konyak satışı isə 9,8% azalaraq 7,1 milyon dekalitr olub.

Hesabat dövründə üzüm şərablarının satışı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azalaraq 32,2 milyon dekalitr, şampan şərablarının satışı 3% azalaraq 11,4 milyon dekalitr, likör şərablarının satışı 11,8% azalaraq 673,8 min dekalitr, meyvə əsaslı spirtli məhsulların satışı isə dörd dəfə azalaraq 1,6 milyon dekalitr təşkil edib.

Aysel Şirinova