ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin Ankoricdə görüşü cümə günü yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 23:00) başlayacaq.
Bu barədə məlumat ABŞ Prezidentinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan cədvəlində öz əksini tapıb.
Cədvəl həmçinin göstərir ki, Bakı vaxtı ilə saat 18:45-də Tramp Ağ Evdən Alyaskanın Ankoric şəhərinə yola düşəcək.
Avqustun 15-də Alyaskada Rusiya-ABŞ sammiti keçiriləcək.
Tədbirdə ABŞ və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Bununla belə, görüşün əsas mövzusu Ukrayna böhranının həlli olacaq.
Prezidentlərin təkbətək danışıqlara başlayacağı, daha sonra 5-ə 5 formatında davam edəcəyi gözlənilir.
Əsas mövzular arasında Ukrayna münaqişəsinin həlli, iqtisadi əməkdaşlıq və strateji sabitlik olacaq.