Kamçatkada 6 baladək zəlzələ hiss edilib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın Geofizika Xidmətindən məlumat verilib.
Məlumatlara görə, seysmik hadisənin maqnitudu 6,5 təşkil edib, episentr Petropavlovsk-Kamçatiskdən 97 km məsafədə yerləşir.
Xatırladaq ki, Kamçatkada baş vermiş ardıcıl zəlzələlər səbəbilə fövqəladə vəziyyət rejimi tətbiq edilib. 31 iyul baş vermiş Zəlzələ Sakit Okeanda tsunamiyə səbəb olub, bu barədə Yaponiya, ABŞ və Filippin hakimiyyətləri xəbərdarlıq verib.
Aysel Şirinova