Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zelenski Avropaya hüquqi tələb irəli sürüb
dünya

Zelenski Avropaya hüquqi tələb irəli sürüb

04-09-2025 20:00 42 Views
IMG

Avropa ölkələri, Kiyevə təhlükəsizlik zəmanətləri verəcəklərsə, bu zəmanətləri hüquqi olaraq təsbit etməli və parlamentlərdə səsverməyə çıxarmalıdır.

Tvit.az xəbər verir ki, bu tələbini Ukrayna prezidenti Vladimir Zelenski  irəli sürüb.

“Bütün tərəfdaşlar başa düşür ki, biz Budapeşt memorandumunun təkrarlanmasını istəmirik və qəbul etmirik, eləcə də Minsk razılaşmalarını. Ona görə də biz hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri istəyirik və bu, deməkdir ki, parlamentlərdə səsverməyə çıxarılmalıdır”, — deyə Ukrayna lideri bildirib.

Bundan əvvəl Zelenski qeyd etmişdi ki, Ukrayna hakimiyyəti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü Kiyev üçün təhlükəsizlik zəmanətlərindən biri hesab edir. Onun sözlərinə görə, təşkilata üzvlük Ukrayna üçün iqtisadi, siyasi və geosiyasi təhlükəsizlik zəmanəti olacaq.

Zelenski həmçinin bildirib ki, Avropa ölkələrinin orduları təhlükəsizlik zəmanətləri çərçivəsində mütləq Ukraynada olacaq. 

Aysel Şirinova