Ukrayna Silahlı Qüvvələrinin tərəfində müxtəlif ölkələrdən 20 minə yaxın muzdlu döyüşür.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik orqanlarından məlumat verilib.
"Ümumilikdə, müxtəlif hesablamalara görə, hazırda Ukrayna ordusunda müxtəlif ölkələrdən ən azı 20 min muzdlu döyüşür", - agentliyin mənbəsi qeyd edib.
Eyni zamanda o qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarına muzdluların axını azalsa da, dayanmır. Bundan əlavə, təhlükəsizlik orqanlarının məlumatına görə, Ukraynaya gedənlər arasında döyüş təcrübəsi olmayan, qocalar və ABŞ Silahlı Qüvvələrinin veteranları, səhhətinə görə işdən çıxarılan və hərbi karyeralarını bərpa etmək istəyənlərin sayı artıb.
Aysel Şirinova