Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukraynadan qaçan futbolçu Rusiya klubuna qəbul edilib
dünya

Ukraynadan qaçan futbolçu Rusiya klubuna qəbul edilib

15-09-2025 21:00 23 Views
IMG

Ukraynanın "Shakhtar" komandasının keçmiş futbolçusu Aleksandr Rasputko Rusiyanın "Çayka" klubuna qəbul edilib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yarımmüdafiəçinin komandaya qoşulduğu və artıq ümumi qrupda məşq etdiyi bildirilib.

Çaykanın Çernomoretslə görüşü sentyabrın 15-də Novorossiyskdə keçiriləcək. Tədbir Moskva vaxtı ilə saat 19:00-da başlayacaq.

2023-cü ilin oktyabr ayında Rasputko Belçikada UEFA Gənclər Liqasının oyunundan sonra hava limanında yoxa çıxıb. Qeyd edək ki, futbolçu Rusiyada siyasi sığınacaq istəyib. Hadisənin baş verməsinin səbəblərindən biri də futbolçunun rusiyapərəst mövqeyi olub. Daha sonra o, Rusiya vətəndaşlığını alıb.

Aysel Şirinova