Stubb: NATO-nun yeni əməliyyatı Finlandiya və Norveçin şərq sərhədini gücləndirəcək
16-09-2025 23:00 40 Views
NATO-nun yeni "Şərq qəyyumu" əməliyyatı Finlandiya və Norveçin şərq sərhədini gücləndirəcək.
Tvit.az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb bildirib.
Onun sözlərinə görə, əməliyyatın məqsədi "Polşanın hava hücumundan müdafiə sisteminin ilkin mərhələdə, gələcəkdə isə Finlandiya və Norveçin bütün şərq sərhədinin gücləndirilməsini təmin etməkdir."