Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Lənkəranın bəzi ərazilərində üç saat işıq olmayacaq
sosial

Lənkəranın bəzi ərazilərində üç saat işıq olmayacaq

06-03-2026 08:00 15 Views
IMG

Bu gün Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 6 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Bala Məmməd, Məhəməd Əmin Rəsulzadə, Şirəli Axundov, Sahil küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.