Rusiya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Ukraynadakı diplomatik nümayəndəliklərinin binalarına qarşı hücumlara sərt cavab veriləcəyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rusiya XİN Kiyevi Rusiya Federasiyasının dövlət mülkiyyətində olan binalara münasibətdə sözügedən normalara əməl etməyə çağırıb. Əks halda, Moskva sərt cavab verməyə hazır olduğunu bildirib.
Nazirlik 1961-ci il tarixli Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını xatırladaraq qeyd edib ki, nə diplomatik münasibətlərin kəsilməsi, nə də münaqişə diplomatik əmlakın toxunulmazlığına təsir etmir.
Aysel