İndoneziyanın Sumatra adasında Marapi vulkanının püskürüb.
Tvit.az xəbər verir ki, bu barədə "Antara" xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, kül vulkan kraterindən 1,6 min metr hündürlüyə, dəniz səviyyəsindən 4 491 metr yüksəkliyə qalxıb.
Region sakinlərinə vulkanın ətrafında mümkün lava axınları və qaynar buludların yaranması təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Aysel Şirinova