Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İşıqforlarda saniyəölçən tablolar niyə yığışdırılıb? – Rəsmi
sosial

İşıqforlarda saniyəölçən tablolar niyə yığışdırılıb? – Rəsmi

18-03-2026 13:00 16 Views
IMG

Bakıda işıqforlarda saniyəölçən tabloların tədricən yığışdırılmasının səbəbi açıqlanıb.

 

Tvit.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Report-a verilən açıqlamada təhlillərə əsasən işıqforlarda rəqəmli tablolar olduğu zaman bəzi sürücülərin yaşıl işığın sönməsinə qısa müddət qaldıqda uzaq məsafədən sürəti artıraraq kəsişmədən keçməyə cəhd etdiyi bildirilib.

 

"Bu cür davranışlar yollarda qəza riskinin artmasına, piyada keçidlərində isə piyadavurma hallarına səbəb olur. Rəqəmli tablolar olmayan işıqforlarda isə bu hallar az müşahidə edilir. Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə işıqforlar quraşdırılarkən rəqəmli tablolardan istifadə edilmir", - məlumatda vurğulanıb.