Mənbənin məlumatına görə, Ras-Laffan şəhərində obyektlərin təxliyəsinə artıq başlanılıb. Qərar Tehran tərəfindən Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdə yerləşən bir sıra neft və qaz obyektlərinə qarşı hazırlanmış hücumlarla bağlı xəbərdarlıq edildikdən sonra qəbul olunub.
Çərşənbə günü İranın Buşehr əyalətinin Assaluye rayonunun rəhbəri bildirib ki, İsrail və ABŞ-ın zərbələri nəticəsində Cənubi Pars yatağının bir neçə obyektində yanğın baş verib. Bununla əlaqədar olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaxın vaxtlarda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdə neft-qaz sektoruna aid obyektlərə hücum etməyi planlaşdırdığını açıqlayıb.
Aysel