Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya İsrail və İran istiqamətində uçuşlara qadağanı uzatdı
dünya

Rusiya İsrail və İran istiqamətində uçuşlara qadağanı uzatdı

19-03-2026 22:00 11 Views
IMG

Rusiyanın aviaşirkətləri İsrail və İrana uçuşlarla bağlı məhdudiyyətləri 27 mart 2026-cı il saat 23:59-a qədər uzadıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Rosaviatsiya Rusiya aviaşirkətləri tərəfindən İsrail və İranın hava məkanından istifadə ilə bağlı tövsiyələrinqüvvədə olma müddətini uzadıb. Bu ölkələrə uçuşlar, həmçinin onların hava məkanından tranzit uçuşlar üçün istifadə 27 mart 2026-cı il saat 23:59-a qədər dayandırılıb.

 

Bundan əlavə, Rusiya aviaşirkətlərinə Fars körfəzi ölkələrinə uçuşlar zamanı üçüncü ölkələrin hava məkanından keçən alternativ marşrutlar seçmək tövsiyə olunur. Bu zaman təhlükəsizlik qaydalarına riayət olunması və həmin ölkələrin aviasiya qurumlarının tövsiyələrinin aktiv şəkildə izlənməsi vacibdir.

Qurumdan bildirilib ki, bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

 

 

Aysel Şirinova