Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
sosial

Neftçalada avtomobil piyadanı vuraraq öldürüb

19-03-2026 23:00 11 Views
IMG

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

 

Tvit.az xəbər verir ki, hadisə axşam saatlarında Kürqarabucaq kəndində qeydə alınıb.

 

Kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Səidə Məmmədəli qızı yolu keçərkən avtomobil onu vurub.

 

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report