Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukrayna üzrə danışıqlar çərçivəsində ABŞ-da görüş gözlənilir - Zelenski
dünya

Ukrayna üzrə danışıqlar çərçivəsində ABŞ-da görüş gözlənilir - Zelenski

19-03-2026 23:00 7 Views
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkədəki münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların davamı olaraq 21 mart tarixində ABŞ-da görüş keçirilə bilər.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Telegram kanalında yayımladığı video müraciətdə qeyd edib ki, ABŞ tərəfinin mövcud danışıqlar formatları çərçivəsində əməkdaşlığa hazır olması ilə bağlı siqnallar mühüm əhəmiyyət daşıyır. 

 

Onun sözlərinə görə, danışıqlarda yaranmış fasiləyə son qoymağın vaxtıdır və Ukrayna nümayəndə heyəti artıq ABŞ-a yola düşür.

 

Prezident görüşün konkret kimlərlə keçiriləcəyini açıqlamayıb. Bununla yanaşı, o bildirib ki, Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident Aparatının rəhbəri Andrey Yermak, “Xalqın Xidmətçisi” fraksiyasının lideri David Araxamia və digər rəsmilərlə geniş müzakirələr aparılıb. Aparat rəhbərinin müavini Sergey Kıslıtsyanın da görüşlərdə iştirakı gözlənilir.

 

Aysel Şirinova