Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə 21 raket və 361 PUA ilə hücumlar təşkil etdiyi bildirilir.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordu Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
Bəyanatda hava hücumundan müdafiə qüvvələrinin 20 raket və 349 PUA-nı zərərsizləşdirdiyi, qalan bir raket və digər PUA-ların ölkədə altı fərqli nöqtəyə zərbələr endirdiyi qeyd olunub.
Elmin Alışov