Rusiya ordusu Ukraynaya Kiyev və Odessa şəhərlərinə, eləcə də Dnepropetrovsk bölgəsinə hava zərbəsi endirib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko sosial media hesabında yazıb.
Hücum nəticəsində Kiyevdə 12 yaşlı uşaq da daxil olmaqla dörd nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilən Kliçko hava hücumları təhlükəsinin davam etdiyi barədə xəbərdarlıq edib.
Elmin Alışov