Avropa Komissiyası Rusiyanın neftinin daşınmasına qoyulan qadağanı 20-ci sanksiya paketindən çıxarıb.
Tvit.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı ölkələrindən bu paketi daraldılmış formada dərhal qəbul etmələrini təklif edib.
"Avropa Komissiyası, 27 Avropa İttifaqı ölkəsinin səfirlərinin müzakirəsinə 20-ci sanksiya paketinin təqdim edilməsi təklifini irəli sürüb, bununla yanaşı, rus neftinin (avropa daşıyıcıları tərəfindən) daşınması və bu daşımalar üçün xidmətlərin, o cümlədən sığortanın tam qadağanını paketdən çıxarıb", – deyə diplomatik mənbə bildirib.
Aysel Şirinova