Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Macarıstan və Slovakiya Ukraynanın maliyyələşdirilməsində iştirak etməkdən imtina etdiklərini təsdiqlədilər
dünya

Macarıstan və Slovakiya Ukraynanın maliyyələşdirilməsində iştirak etməkdən imtina etdiklərini təsdiqlədilər

22-04-2026 15:00 70 Views
IMG

Macarıstan və Slovakiya Ukraynanın 2026-2027-ci illər üçün 90 milyard avroluq Avropa maliyyələşdirmə planına veto qoyublar, lakin proqramda iştirak etməkdən imtina etdiklərini təsdiqləyiblər.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

"Macarıstan və Slovakiya 90 milyard avroluq Avropa təzminat kreditində iştirak etməyəcəklərini təsdiqləyiblər", - deyə o bildirib.

 

Qeyd edilib ki, daha əvvəl Aİ Şurasının Kipr sədrliyi Rusiyaya qarşı 20-ci sanksiya paketinin və Kiyev üçün 90 milyard avro ayrılmasının Aİ səfirləri tərəfindən təsdiqləndiyini təsdiqləmişdi. 

 

Aysel Şirinova