Rusiya ümid edir ki, İran xalqı bu sınaqdan keçəcək.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə bildirib.
“Siz bizim mövqeyimizi yaxşı bilirsiniz. Ümid edirik ki, İran xalqı bu sınaqdan keçəcək və bundan sonra Yaxın Şərqə sülh gələcək”,- deyə Putin vurğulayıb.
Elmin Alışov