İranın ədliyyə naziri Əmin Rəhimi bildirib ki, İranın bütün dövlət qurumları müharibə və danışıqlarla bağlı qərarlar qəbul edən Ali Milli Təhlükəsizlik Şurasının arxasında durur.
Tvit.az xəbər verir ki, Rəhimi Tasnim xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, müharibə və ya danışıqlar kimi məsələlərdə ölkənin maraqlarına əsaslanan qərarlar Ali Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir və bu qərarlar İnqilabın Ali Liderinin təsdiqindən sonra həyata keçirilir, buna görə də ölkədə bu sahələrdə vahid və ardıcıl bir yanaşma mövcuddur.
"İstər müdafiə sahəsində, istərsə də danışıqlar sahəsində əsas məqsəd İran xalqının hüquqlarını qorumaqdır və ölkənin bütün sütunları bu yolda eyni fikirdədir", - deyə o, bildirib.
Aysel Şirinova