Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ​Tramp: "Müharibədən sonra neft və qazın qiyməti kəskin düşəcək"
dünya

​Tramp: "Müharibədən sonra neft və qazın qiyməti kəskin düşəcək"

01-05-2026 21:00 18 Views
IMG

​ABŞ prezidenti Donald Tramp İranla bağlı davam edən gərginlik və münaqişənin iqtisadi nəticələri barədə mühüm açıqlamalar verib. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, o, hərbi əməliyyatlar başa çatdıqdan sonra enerji bazarında qiymətlərin ucuzlaşacağını proqnozlaşdırıb.

 

​Tramp İrana qarşı genişmiqyaslı hərbi hücumların davam etdirilməsinə tərəfdar olmadığını, hazırda danışıqlara və diplomatik yollara üstünlük verdiyini bildirib.

 

​ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanı "inanılmaz dərəcədə güclü" adlandıran Tramp, münaqişənin hazırkı mərhələdə dayandırılacağı təqdirdə belə, ABŞ-ın "böyük qələbə" qazanmış sayılacağını iddia edib.

 

​Tramp vurğulayıb ki, mövcud sanksiyalar və təzyiqlər nəticəsində İran iqtisadiyyatı ağır zərbə alıb: "Əgər biz indi geri çəkilsək belə, onların ölkəni bərpa etməsi üçün 20 il lazım olacaq".

 

​Tramp çıxışının sonunda qlobal iqtisadiyyata toxunaraq bildirib ki, müharibə alovunun sönməsi ilə neft və qazın qiymətləri sürətlə aşağı düşəcək. Bu, həm regionda stabilliyin bərpası, həm də tədarük zəncirinin normallaşması ilə əlaqələndirilir.

 

Aysel Şirinova