Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah Neftçala və Hacıqabulun bəzi kəndlərində qaz kəsiləcək
sosial

Sabah Neftçala və Hacıqabulun bəzi kəndlərində qaz kəsiləcək

04-05-2026 13:00 19 Views
IMG

Sabah Neftçala və Hacıqabul rayonlarının bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.


Bildirilib ki, Neftçala rayonunun Xanməmmədli, Qaçaqkənd, Ramazanlı, Qazaxbərəsi, Mürsəqulu, Dördlər, Xolqaraqaşlı, Xolqarabucaq, Xoltəzəkənd, Qırmızıkənd, Xəzərkəndi kəndlərində, həmçinin Hacıqabul rayonunun Qarasu kəndində aparılacaq təmir işləri ilə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.