Tvit.az xəbər verir ki, bu fikirləri rus prodüser İosif Priqojin deyib.
Belə ki, prodüser mediaya verdiyi müsahibəsində incəsənətin də idman kimi insanları birləşdirdiyini, lakin Avroviziyanın bura daxil edilmədiyini bildirib.
Onun sözlərinə görə, Avroviziya Mahnı Müsabiqəsi siyasiləşdirilib. Bəzi ölkələrə yarışmada iştirak etməyə icazə verilir, digərlərinə isə qadağa qoyulur.
“Bu müsabiqə, ümumiyyətlə, çoxdan mənasız bir şeyə çevrilib və musiqi ilə heç bir əlaqəsi yoxdur”, - deyə İosif Priqojin vurğulayıb.
Aysel Şirinova