Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Dövlət Xidmətində yeni təyinat
sosial

Dövlət Xidmətində yeni təyinat

15-05-2026 21:00 15 Views
IMG

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhər İdarəsinə yeni rəis təyin olunub.

"Tvit.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Ceyhun Əsədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər İdarəsinin rəisi vəzifəsinə gətirilib. 

Qeyd edək ki, Ceyhun Əsədov bundan əvvəl SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.