Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran və Fransa regional prosesləri dəyərləndirib
dünya

İran və Fransa regional prosesləri dəyərləndirib

12-06-2026 14:00 20 Views
IMG

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və fransalı həmkarı Jan-Noel Barro arasında telefon danışığı baş tutub.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Tərəflər söhbət zamanı bölgədə baş verən son proseslər, Pakistanın vasitəçiliyi ilə aparılan diplomatik təşəbbüslər və bir sıra ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Məlumata görə, nazirlər regional vəziyyətin inkişafını müzakirə edib, həmçinin mövcud diplomatik proseslərlə bağlı məsləhətləşmələr aparıblar.


Elmin Alışov