Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qərb Ukraynanın cinayətlərində özü günahkardır, buna görə də qınamır - Rusiya
dünya

Qərb Ukraynanın cinayətlərində özü günahkardır, buna görə də qınamır - Rusiya

18-06-2026 09:00 30 Views
IMG

Qərb rəsmiləri Ukraynanı Bryansk vilayətində belaruslu uşaqları daşıyan avtobusa hücuma və digər cinayətlərə görə qınamayıblar, çünki onlar özləri bu cinayətlərdə günahkardırlar.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

 

Volodin özünün Max kanalında yazıb:

 "Kollektiv Qərbin nümayəndələri qınaq sözlərini bildirməyiblər, qurbanların ailələrinə və dostlarına başsağlığı verməyiblər. Cavab göz qabağındadır: Kiyevdəki neonasist rejimi kimi, onlar da bu cinayətlərdə günahkardırlar", - deyə o, bildirib.

 

 

Aysel Şirinova