Kanadanın "Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilotun səhhətində yaranan problem səbəbindən ABŞ-ın Massaçusets ştatındakı Boston şəhərində təcili eniş edib.
Tvit.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Uçuş zamanı kapitan özünü pis hiss etdiyindən təyyarənin Bostona yönləndirilməsi və təcili eniş etməsi barədə qərar qəbul edilib. Pilot dərhal xəstəxanaya çatdırılıb.
Bildirilib ki, "De Havilland Q400" tipli təyyarənin göyərtəsində 61 sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Aysel Şirinova