Hazırda Latviya Rusiyaya qarşı gücünü nümayiş etdirməlidir.
Tvit.az xəbər verir ki, bu barədə Latviyanın baş naziri Andris Kulberqs bildirib.
“Əvvəla, biz özümüzə inanmalıyıq. Biz güc nümayiş etdirməliyik”, – deyə o, bildirib.
Kulberqsın sözlərinə görə, hazırkı mərhələdə o, sülh sazişlərinin əldə olunacağına inanmır. Baş nazir qeyd edib ki, avropalıların əsas vəzifəsi kompromis axtarmaq deyil, Avropanın şərq sərhədində “zəif həlqə”nin yaranmasına imkan verməməkdir.
Aysel Şirinova