Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanlı zəvvarlar bu axşam Həcc ayinlərinə başlayırlar
sosial

Azərbaycanlı zəvvarlar bu axşam Həcc ayinlərinə başlayırlar

03-06-2025 20:00 36 Views
IMG

Azərbaycanlı zəvvarlar bu axşam Həcc ziyarətinin əsas ayinlərinə başlayırlar.

 

Bu barədə Tvit.az-a açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.

 

"Kim istəsə, tərviyəyə çıxır. Bizim hacıların təxminən 50-60 faizi Minaya gedəcək. Məkkədə qalan hacılar isə sabah gecə Ərəfata qalxacaqlar və birisi gün səhər Ərəfatda olacaqlar. Minada tərviyəyə gedən hacılarımız isə sübh namazından sonra Ərəfata gələcəklər", - QMİ rəsmisi deyib.

 

V.Cahangiri bütün zəvvarların Ərəfatda olacağını qeyd edib:

 

"Ərəfat günü Qurban bayramından bir gün əvvəldir. Zəvvar gəlib Ərəfatda durmasa, Həcc ziyarəti sayılmır. Zülhiccə ayının 9-u, yəni iyunun 5-də hacıların hamısı Ərəfatda durub ibadətlərini etməlidirlər".